Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad şəhərində abad həyət layihəsi çərçivəsində işlər davam etdirilir

14 noyabr 2022 | 18:29

Cəlilabad şəhəri ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması və yaşıllıqların salınması işləri davam etdirilir.

Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində Zərifə Əliyeva küçəsində 6 ədəd çoxmənzilli yaşayış binasının əhatə etdiyi ərazidə abad həyat layihəsi icra olunur.

Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov məsul şəxslərlə birlikdə əraziyə baxış keçirib, görülən tikinti işləri ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binaların həyətində söhbətgah və oturacaqlar qoyulacaq, müxtəlif növ uşaq oyun elementləri və  idman qurğuları quraşdırılacaqdır. Binaların həyətində yeni işıqlandırma sisteminin qurulması və müasir işıq dirəkləri quraşdırılması nəzərdə tutulub.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı müxtəlif növ həmişəyaşıl ağaclar əkiləcəkdir.

Keçidlər