Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad şəhərində “Abad həyət” parkı salınır

14 oktyabr 2022 | 17:26

İlk dəfə olaraq Cəlilabad rayonunda büdcədənkənar gəlirlər hesabına ayrılmış vəsait hesabına  Zərifə Əliyeva küçəsində yerləşən 12, 14, 16, 18, 20 və 22 saylı binaların həyətində 2500 kvadrat metr sahədə “Abad həyət” parkı salınır.

Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov aidiyyəti şəxslərlə birlikdə “Abad həyət” parkı salınan ərazidə olmuş,   görülən işlərin mövcud vəziyyəti ilə maraqlanmışdır.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binaların həyətində söhbətgah və oturacaqlar qoyulacaq, müxtəlif növ uşaq oyun elementləri və  idman qurğuları quraşdırılacaqdır. Binaların həyətində yeni işıqlandırma sisteminin qurulması və müasir işıq dirəkləri quraşdırılması nəzərdə tutulub.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı müxtəlif növ həmişəyaşıl ağaclar əkiləcəkdir.

Yaxın zamanda, layihə çərçivəsində qeyd etdiyimiz binaların qarşısı və ətraf ərazi yeni görkəm alaraq "Abad həyət” adı altında bina sakinlərinin istifadəsinə veriləcəkdir.

Keçidlər