Cəlilabad şəhərində abadlıq işlərinin görülməsi ilə bağlı tender yekunlaşmışdır
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 318.4 min manat məbləğində Cəlilabad şəhərində abadlıq işlərinin görülməsi ilə bağlı tender yekunlaşmışdır. “Kaspian Standart” MMC tenderin qalibi müəyyən edilmişdir. Cəlilabad şəhəri H.Əliyev prospekti 1400 metr səkilər, 1800 metr xarici işıqlandırma, Cavadxan küçəsi 1200 m səki və xarici işıqlandırma, İ.Şıxlı küçəsi 464 metr səki və xarici işıqlandırma, Z.Əliyeva küçəsi (H.Əliyev pr.-Kapital Bank arası) 260 metr səki və xarici işıqlandırma, Z.Əliyeva küçəsi ( Kapital Bank-Qarabağ küçəsi arası) 460 metr səki və xarici işıqlandırma, Qarabağ küçəsi 454 metr səki, 240 metr xarici işıqlandırma və Uzuntəpə yolunda 12000 metrlik məsafədə işıqlandırma kabellərinin yenilənməsi və təmiri işləri həyata keçiriləcəkdir.