Cəlilabad şəhərində çoxmənzilli yaşayış binasının həyətinə asfalt örtüyü vurulub
20 oktyabr 2025 | 17:10
Cəlilabad şəhərinin küçələri ilə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətində də səliqə-sahman yaradılır, nəqliyyat vasitələrinin və vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür. Belə ki, Cəlilabad Mənzil İstismar Sahəsinin balansında olan şəhərin Zərifə Əliyeva küçəsi 28 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının həyətinə 660 kv.metr yeni asfalt örtüyü vurulub.
Sakinlər yaşadıqları binanın həyətinə, şəhərdaxili yollara yeni asfalt örtüyünün vurulmasını dövlətin, ölkə başçısının onlara olan növbəti qayğısı və töhfəsi kimi qiymətləndirirlər. Bütün bu işlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə edirlər.






