Cəlilabad şəhərində daha üç küçədə asfaltlanma işləri görülüb
21 oktyabr 2025 | 18:17
Cəlilabad şəhərində nəqliyyat vasitələrinin və vətəndaşların rahatlığını təmin etmək məqsədilə yenidənqurma işləri davam etdirilir, şəhər daxili küçələrə mərhələli şəkildə asfalt örtüyü döşənir
Belə ki, şəhid Davud Qiyaslının ailə üzvlərinin yaşadığı Abbasqulu ağa Bakıxanov adına küçənin 265 metr hissəsi, Arif Qubadov adına küçənin 325 metr hissəsi və Əziz Əliyev adına küçənin 330 metr hissəsində asfaltlanma işləri aparılmışdır.






