Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad şəhərində ilk dəfə uşaqlar üçün cizgi filmləri nümayiş olunacaqdır

20 avqust 2022 | 17:38

Uşaqların həyatında və psixoloji inkişafında cizgi filmlərinin böyük rolu olduğu danılmaz faktdır. Övladlarımızın  düzgün təlim-tərbiyəsi, sağlam inkişafı, intellektuallığı və savadlığı hər birimiz üçün çox vacibdir. Uşaqların  dünyagörüşünün formalaşmasına təsir edən  faktorlardan biri də məhz cizgi filmləridir. 

Bütün bunlar nəzərə alınaraq, Cəlilabad Rayon İcra Hakimiyyəti və Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Seyrəngahında həftənin şənbə və bazar günləri saat 19:00-dan başlayaraq uşaqlar üçün cizgi filmləri nümayiş olunacaqdır.

Hörmətli valideynlər, babalar və nənələr! Uşaqlarınıza və nəvələrinizə  pozitiv əhval-ruhiyyə bəxş etmək üçün uşaqlarla birlikdə Heydər Əliyev Seyrəngahına gəlməyinizi dəvət edirik.

Keçidlər