Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad şəhərində növbəti küçə və çoxmənzilli yaşayış binalarının həyəti asfaltlanıb

27 oktyabr 2025 | 12:02

Cəlilabad şəhərinin küçələri ilə yanaşı, çoxmənzilli yaşayış binalarının həyəti abadlaşdırılır, nəqliyyat vasitələrinin və vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür. Belə ki, şəhid İlqar Zeynalov adına küçənin qalan 75 metr hissəsinə, Zərifə Əliyeva küçəsi 12 A ünvanında yerləşən şəhid ailələri və əlillər üçün inşa edilən yaşayış binasının həyətinə 120 kv.metr və 20 Yanvar küçəsi 2 ünvanında çoxmənzilli yaşayış binasının həyətinə 740 kv.metr yeni asfalt örtüyü vurulub.

Sakinlər yaşadıqları binanın həyətinə, şəhərdaxili yollara yeni asfalt örtüyünün vurulmasını dövlətin, ölkə başçısının onlara olan növbəti qayğısı və töhfəsi kimi qiymətləndirirlər. Bütün bu işlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə edirlər.

Keçidlər