Cəlilabad şəhərində piyada səkiləri yenidən qurulur
Cəlilabad şəhərində abadlıq və quruculuq işləri davam etdirilir. Hazırda şəhərin mərkəzi küçələrində piyada səkiləri yenidən qurulur, çoxmənzilli yaşayış binalarının fasadlarında təmir işləri aparılır.
Cəlilabad şəhəri şəhid İlqar Zeynalovun adını daşıyan küçədə, Qarabağ və Zərifə Əliyeva küçələrində abadlıq işləri aparılır, həmin küçələrdə piyadaların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması üçün piyada səkiləri yenidən qurulur.
Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov məsul şəxslərlə birlikdə piyada səkilərinin yenidən qurulması və çoxmənzilli yaşayış binalarının fasadlarında aparılan təmir işləri ilə maraqlanmışdır. RİH başçısı görülən tikinti işləri ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.