Cəlilabad şəhərinin küçələri ağıllı işıqlandırma sistemi ilə təchiz olunur
Cəlilabad şəhərinin küçə və prospektləri ağıllı işıqlandırma sistemi ilə təchiz olunur. Bu məqsədlə şəhərdə ən qabaqcıl və müasir texnologiyalardan istifadə etməklə enerjiyə qənaət edən və enerji səmərəliliyini artıran, küçə və prospektlərin fasiləsiz enerji ilə təmin olunmasına xidmət edən işıqlandırma sistemlərinin quraşdırılmasına başlanılıb. Sistem bir mərkəzdən idarə olunacaq. Led lampalardan ibarət işıqlandırma sistemi mövcud imkanlara nisbətdə 70-80 faiz enerjiyə qənaət etməyə imkan verəcək. Qeyd edək ki, abadlıq işləri “Bakı Abadlıq Xidməti” MMC tərəfindən həyata keçirilir.
13 dekabr 2022-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov və aidiyyəti təşkilatların rəhbər şəxsləri Cəlilabad şəhəri Qurtuluş küçəsində istifadəyə verilmiş ağıllı işıqlandırma sisteminin fəaliyyəti ilə tanış olub.