Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad şəhərinin N.Gəncəvi küçəsində asfaltlanma işləri davam edir

19 dekabr 2022 | 16:12

Cəlilabad şəhərində sakinlərin rahatlığını təmin etmək məqsədilə yenidənqurma işləri davam etdirilir. Bildiririk ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Cəlilabad şəhərinin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir, şəhər daxili küçələrə mərhələli şəkildə asfalt örtüyü döşənir.

Bu gün rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev Cəlilabad şəhəri N.Gəncəvi küçəsinin 600 metr hissəsində aparılan  asfaltlanma işləri ilə yerində tanış olmuş, işlərinin keyfiyyətli və normalara uyğun aparılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər