Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib

31 may 2024 | 18:48

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə iyunun 1-də Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Vahid Mirzəyev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, YAP Cəlilabad Rayon Təşkilatının sədri Mirsüleyman Mirxaslı, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamışdır.

RİH başçısı Rafiq Cəlilov çıxış edərək, balacaları əlamətdar gün münasibətilə təbrik edib. Qeyd edib ki, ölkəmizdə insanların, o cümlədən uşaqların rahat və xoşbəxt yaşamaları üçün dövlət tərəfindən mütəmadi olaraq işlər görülür. Uşaqların hüquqlarının qorunması, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Həmin siyasət bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxış edərək tədbir iştirakçılarını Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib və gələcəyimiz olan uşaqlara göstərilən yüksək dövlət qayğısından danışıb.

Daha sonra Ümumilli Lider Heydər Əliyevin uşaqlar ilə görüşlərindən hazırlanmış videoçarx nümayiş etdirilib.

Bayram tədbirində uşaqların iştirakı ilə hazırlanmış mahnı və rəqs nömrələri tədbir iştirakçıları tərəfindən maraqla izlənmişdir.

Sonda isə RİH başçısı Rafiq Cəlilov və Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev  tərəfindən uşaqlara hədiyyələr təqdim olunmuşdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər