Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda 1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü qeyd edilib

01 noyabr 2024 | 11:47

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.

Cəlilabadda Kənd Təsərrüfatı İşçiləri günü münasibətilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov, hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti müəssisələrin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb  Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Kənd təsərrüfatı işçilərini Peşə Bayramı Günü münasibətilə səmimi qəlbdən təbrik edir, ölkəmiz üçün iqtisadi cəhətdən strateji əhəmiyyətli və səmərəli olan kənd təsərrüfatı sahəsinin inkişafında bol-bol nailiyyətlər diləyirik.

Keçidlər