Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda 100 yaşı tamam olan sakin ilə görüş keçirilib

11 iyul 2024 | 11:21

Edişə kənd sakini Surə Mirzəyevanın 100 illik yubleyi münasibəti ilə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları onların evində qonaq olmuşdur.

Qeyd edək ki, Mirzəyeva Surə Fərman qızı 10 iyul 1924-cü ildə Cəlilabad rayonu Edişə kəndində anadan olmuşdur. O, Böyük Vətən müharibəsinin iştirakçısı Mirzəyev Paşaxan Qəhrəman oğlu ilə ailə həyatı qurmuş və bu evlilikdən onların 11 övladı dünyaya gəlmişdir.

Qonaqlar Surə Mirzəyevayanı 100 illik yubleyi münasibəti ilə təbrik edərək, Cəlilabad Rayon İcra Hakimiyyəti adından hədiyyələri təqdim ediblər.   

Sonda yubiliyar  deyilən  xoş  sözlərə, təbriklərə, ona  göstərilən böyük diqqət və ehtirama görə minnətdarlığını  bildirib.                

Keçidlər