Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda 17-İyun Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tibb işçiləri təltif edilmişdir

21 iyun 2024 | 12:49

17-İyun Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tibb işçilərinin təltif edilməsi ilə əlaqədar Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tibb işçilərinin bir qrupu ilə görüşmüşdür.

Görüşdə Rafiq Cəlilov çıxış edərək tibb işçilərinini kollektivini peşə bayramı münasibətilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Həmçinin rayon rəhbəri tibb işçilərinin fədakar əməyini, onların insanların sağlamlığının qorunması istiqamətində əzmlə və səylə çalışdıqlarını qeyd etmişdir. Ömürlərə ömür calamaq, ümid yeri olmaq, xəstələrə şəfa vermək xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir. Elə bu nəcib peşələrinə görə tibb işçilərinin hər cür hörmət və ehtirama layiq olduqlarını bildirmişdir.

Tibb işçilərinin peşə bayramı günü münasibətilə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən bir qrup tibb işçisi Fəxri Fərman ilə təltif edilmişdir.

Keçidlər