Cəlilabadda 19 aprel 2023-cü il tarixdə "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrası və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilmişdir
Tədbirdə RİH Başçısının birinci müavini, korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın sədri Qalib Xudaverdiyev, RİH başçısı aparatının əməkdaşları, Cəlilabad Rayon Prokurorunun böyük köməkçisi Rahim Qənbərli, Cəlilabad rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi Nicat Hüseynov, Cəlilabad və Göytəpə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, təhsil, səhiyyə və mədəniyyət idarələrinin əməkdaşları iştirak ediblər.
Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın sədri Qalib Xudaverdiyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsinə imkan yaradır. Qalib Xudacerdiyev korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin mütəmadi xarakter almasını, ictimai müzakirələrin təşkil edilməsinin, eləcə də tibb və təhsil işçiləri arasında antikorrupsiya davranış modelinin formalaşdırılmasının vacib olduğunu vurğulayaraq qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və zəruri tədbirlərin davam etdirilməsini bildirmişdir.
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Məmmədzadə Əliyevin və Cəlilabad Rayon Prokurorunun böyük köməkçisi Rahim Qənbərlinin çıxışında korrupsiya və rüşvətxorluq hallarının qarşısının alınması, korrupsiyaya qarşı rayon komissiyasının əlaqədar qurumlar və yerli özünüidarəetmə orqanları ilə birlikdə il ərzində təhsil, səhiyyə, mədəniyyət müəssisələrində və idarələrdə antikorrupsiya davranış modelinin formalaşması, rüşvətxorluq hallarına qarşı maarifləndirmə tədbirlərinin keçirilməsi, əhali arasında korrupsiya hüquqpozmaları ilə bağlı ictimai müzakirələrin aparılması barədə iştirakçılara məlumat verilmişdir.
Eyni zamanda qeyd edilib ki, həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi, şəffaflığın artırılmasına, dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin keyfiyyət etibarilə yaxşılaşdırılmasına, ictimai nəzarətin təşkilində və korrupsiyanın ifşa edilməsində vətəndaş məmnunluğunun həyata keçirilməsinə diqqət artırılmalıdır.
Tədbirin sonunda müəssisələrin rəhbər və əməkdaşlarına bu istiqamətdə işlərində diqqətli olmaları və şəffaf fəaliyyətə üstünlük vermələri tapşırılıb.