Cəlilabadda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib
20 oktyabr 2026 | 11:56
Cəlilabad rayonunda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və Cəlilabad Elektrik Şəbəkəsinin kollektivi iştirak ediblər.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucalan abidəni ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz ehtiramlarını bildiriblər.
Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov Cəlilabad Elektrik Şəbəkəsinin kollektivini “20 oktyabr – Energetiklər Günü” münasibəti ilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.






