Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda 20 Yanvar-Ümumxalq Hüzn Günü qeyd edilib

20 yanvar 2023 | 12:49

Yanvarın 20-də Cəlilabad şəhərindəki Şəhidlər Parkı Abidə Kompleksində anım mərasimi keçirilib, abidə kompleksində matəm musiqisi səsləndirilib. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, idarə, müəssisə və təşkilatların rəhbərləri  və ictimaiyyətin nümayəndələri abidə kompleksinin önünə gül dəstələri düzüb, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini böyük hörmətlə anıblar. Şəhidlərin ruhuna dualar oxunub. Mərasimdə otuz üç il əvvəl keçmiş sovet ordusunun Bakı şəhərində törətdiyi qanlı cinayətlər yada salınıb. Qeyd edilib ki, faciədən bir gün sonra özünün və ailəsinin həyatı üçün təhlükələrə baxmayaraq, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, doğma xalqının dərdinə şərik çıxıb, faciəni törədənləri cəsarətlə lənətləyib və hadisəyə siyasi-hüquqi qiymət verilməsini tələb edib. Ümummilli Liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu qanlı aksiya öz siyasi-hüquqi qiymətini alıb, hadisənin əsl mahiyyəti dünyaya çatdırılıb.Bakı vaxtı ilə saat 12.00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, rayon ərazisində avtomobillərin və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər