Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı qeyd edilib

22 noyabr 2024 | 12:34

Azərbaycan ədliyyəsi ölkəmiz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra daha da çiçəklənib. Ümummilli Liderimiz Heydər Əliyev rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən məqsədyönlü, genişmiqyaslı islahatlar həyata keçirilib.. Ulu öndərimizin bu sahəyə diqqətinin bariz nümunəsi kimi ədliyyə işçilərinə verilən dəyəri özündə ehtiva edən sərəncamı qeyd edə bilərik. Belə ki,11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı günü ədliyyə orqanlarında və məhkəmələrdə böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur.

Ədliyyə sisteminin fəaliyyətinin təkmillədirilməsi, bu strukturda olan orqanların inkişaf etdirilməsi əlbəttə ki, ölkə başçımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla aparılır və davamlı olaraq cəmiyyətə təqdim etdiyi islahatların həyata keçirilməsində Ədliyyə Nazirliyinin də böyük rolu var. Bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı təbirlər həyata keçirilib.

22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə Cəlilabadda tədbir keçilirib. Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzülüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Ədliyyə işçilərini peşə bayramı günü mübasibəti ilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

Keçidlər