Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda 23 İyun-Dövlət qulluqçularının peşə bayramı günü qeyd edilib

23 iyun 2023 | 18:00

Cəlilababad rayonunda Dövlət qulluqçularının peşə bayramı günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanları, idarə və təşkilat rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə tər gül dəstələri qoyaraq öz hörmət və ehtiramlarını ifadə ediblər. 

Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov Respublikamızın Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə 23 iyun- Azərbaycan Respublikasının dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunduğunu bildirmiş və əlavə etmişdir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı illər ərzində, xüsusən ölkənin yeni Konstitusiyasının qəbul edildiyi 1995-ci ildən sonrakı müddətdə dövlət idarəçiliyinin və dövlət qulluğunun təkmilləşməsi ilə bağlı ardıcıl surətdə silsilə xarakterli islahatlar həyata keçirilmiş, inzibati sistemin tənzimlənməsinə dair xeyli sayda müvafiq qanun və fərmanlar qəbul edilmiş və bunun nəticəsi olaraq ölkədə dövlət qulluğunun möhkəm normativ hüquqi bazası yaradılmışdır. Rafiq Cəlilov aparat əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edib, onlara işlərinin peşəkarı olmağı və öz peşələrinə daim məsuliyyətlə yanaşmalarını tövsiyə edib.

Tədbirin sonunda bir qrup dövlət qulluqçularına rayon icra hakimiyyəti başçısının  fəxri fərmanı təqdim olunub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər