Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda 27 sentyabr – Anım Günü silsilə tədbirlərlə davam edib

28 sentyabr 2022 | 09:57

Cəlilabad şəhəri Heydər Əliyev Seyrəngahında 27 Sentyabr - Anım Gününə həsr olunan “Şəhidlər ölməz, Vətən bölünməz” adlı rəsm sərgisi və  şeir müsabiqəsi keçirilib.

Sərgidə rayon məktəblilərinin əl işləri nümayiş etdirilib, məktəblilər vətənpərvərlik mövzusunda şeir kompozisiyaları ilə çıxış ediblər. Əsasən vətənpərvərlik mövzusuna həsr olunan əl işləri arasında “Dəmir Yumruq”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Şuşa başlıqlı” rəsmlər tədbir iştirakçılarının marağına səbəb olub. 

Tədbirin əsas məqsədi Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin xatirəsini ehtiramla yad etmək, uşaq və gənclər arasında vətənə, torpağa məhəbbət hissini artırmaq, hərbi-vətənpərvərlik ruhunu təbliğ etməkdən ibarət olub.

Həmçinin Heydər Əliyev Seyrəngahında Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş hərbi qulluqçularımız barədə videoçarx nümayiş etdirilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər