Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda 27 Sentyabr – Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

25 sentyabr 2026 | 18:00

27 Sentyabr – Anım Günü ilə əlaqədar Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda Vətənimizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş silsilə anım tədbirləri keçirilib.

Anım mərasimləri Yeni Azərbaycan Partiyasının Cəlilabad rayon təşkilatında, rayonun ümumtəhsil məktəblərində, “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında və Cəlilabad Tibb Kollecində təşkil olunub.

Tədbirlərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin, YAP Cəlilabad rayon təşkilatının və rayon təhsil sektorunun məsul əməkdaşları iştirak ediblər.

Şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayan tədbirlərdə onların Vətən uğrunda keçdikləri şərəfli döyüş yolu, göstərdikləri misilsiz qəhrəmanlıq və şücaətdən söz açılıb.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizin qazandığı tarixi Zəfərdən, Azərbaycanın artan qüdrətindən, eləcə də dövlət tərəfindən şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına göstərilən yüksək diqqət və qayğıdan bəhs edilib.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılıb. Bu möhtəşəm Zəfərin əldə olunmasında canlarını fəda edən şəhidlərimizin qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq, onların əziz xatirəsi daim böyük ehtiramla yad ediləcək.

Keçidlər