Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilmişdir.

29 mart 2024 | 15:03

 29 mart 2024-cü il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı dəyirmi masa təşkil edilmişdir. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Rayon rəhbəri çıxış edərək qeyd etmişdir ki, son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanıb. Azərbaycan tarixinə 31 Mart soyqırımı kimi yazılan həmin hadisələr zamanı on minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilib.

Mart soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycan dövləti bütün zəruri addımları atıb. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Azərbaycanlılara qarşı törədilən bu bəşəri cinayət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ildə - soyqırımın 100 illiyi ərəfəsində Sərəncam imzalayıb. Bu məqsədlə xüsusi tədbirlər planı hazırlanaraq həyata keçirilib.

Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində verildi. 200 ildən çoxdur ermənilərin “böyük Ermənistan” xülyası çərçivəsində törətdikləri vəhşiliklərin, şəhidlərimizin qısasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı videoçarx nümayiş olundu.

Daha sonra tədbirdə çıxış edənlər tarixçi,tədqiqatçı Elşad Əmənov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini icra edən İlkin Zeynalov və Cəlilabad Rayon İcra Hakimiyyəti başçısın Zopun Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin müavini Elçin Hüseynov 31 mart soyqırımına dair geniş məruzə ilə çıxış ediblər.

Keçidlər