Cəlilabadda “5 iyun - Meliorasiya və su təsərrüfatı işçiləri günü” qeyd edilib
05 iyun 2024 | 15:03
05 iyun 2024-cü il tarixdə Cəlilabad rayonunda “5 iyun - Meliorasiya və su təsərrüfatı işçiləri günü” qeyd edilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və Meliorasiya və su təsərrüfatı idarəsinin kollektivi iştirak ediblər.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucalan abidəni ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz ehtiramlarını bildiriblər.
Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov Meliorasiya və su təsərrüfatı idarəsinin kollektivini “5 iyun - Meliorasiya və su təsərrüfatı işçiləri günü” münasibəti ilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.