Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda 5 iyun - Meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı qeyd edilib

05 iyun 2026 | 14:03

05 iyun 2026-cı il tarixdə Cəlilabad rayonunda “5 iyun - Meliorasiya və su təsərrüfatı işçiləri günü” qeyd edilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və Meliorasiya və su təsərrüfatı idarəsinin kollektivi iştirak ediblər.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucalan abidəni ziyarət edib, önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz ehtiramlarını bildiriblər.

Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov Meliorasiya və su təsərrüfatı idarəsinin kollektivini “5 iyun - Meliorasiya və su təsərrüfatı işçiləri günü” münasibəti ilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

Keçidlər