Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda “5 may-Əlilliyi olan Şəxslərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar “Musiqinin sehri” adlı tədbir keçirilmişdir

03 may 2024 | 14:42

03 may 2024-cü il tarixdə Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Cəlilabad Rayon İcra Hakimiyyəti və Sosial  Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının birgə təşkilatçılığı “5 may- Əlilliyi olan Şəxslərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar “Musiqinin sehri” adlı tədbir keçirilmişdir. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Sosial  Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının müdiri Ramin Hüccətov və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Rayon rəhbəri çıxış edərək bildirmişdir ki, BMT Baş Assambleyasının qərarı ilə 1992-ci ildən 5 may Əlillərin Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur. Bu günün qeyd olunma­sında məqsəd əlillərin və sağlamlıq im­kanları məhdud şəxslərin hüquqlarının qorunmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, bu kateqoriyadan olan insanların cəmiyyətə inteqrasiya­sını gücləndirməkdir. Eyni zamanda ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramları mövcuddur. Həmin proqramlarda əlilliyin qarşısının alınması, reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapmışdır. Qeyd edilib ki, əlilliyi olan şəxslərin hüquqlarının qorunması ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir.  Cənab Prezident İlham Əliyevin sosial müdafiə sahəsinə, həssas qruplara xüsusi diqqət və qayğısı əlilliyi olan şəxslərin də sosial təminatı, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin ildən-ilə güclənməsinə imkan vermişdir.

Sosial  Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının müdiri Ramin Hüccətov çıxış edərək, dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atıldığını və bu insanların müalicəsi, reabilitasiyası, sosial təminatının ildən-ilə yaxşılaşdığını bildirmişdir.

Daha sonra tədbir müxtəlif musiqi, şeir və rəqs nümunələri ilə davam etdirilmişdir.

Keçidlər