Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi

07 mart 2024 | 17:14

07 mart 2024-cü il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil edilmişdir. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qalib Xudaverdiyev, aparat əməkdaşları və ictimai-siyasi sahədə xidmətləri ilə seçilən qadınlar iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qalib Xudaverdiyev zərif cinsin nümayəndələrini bayram münasibətilə təbrik edib, qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən bəhs edib. Bildirilib ki, milli əxlaqi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan və qüdrətli bir dövlətə çevirmək yolunda əllərindən gələni əsirgəməmişlər.

Bütünlükdə respublikamızda olduğu kimi Cəlilabadın da sosial-iqtisadi və ictimai-siyasi  həyatında qadınların böyük rolu vardır. Rayonumuzda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhvələrini veriblər. Bu da gender bərabərliyinə tarixən göstərilən müsbət münasibətdən qaynaqlanır. Rayonumuzun qadınlarının bütün uğurlarının təməlində dövlətimizin böyük dəstəyi və davamlı qayğısı dayanır. Rayonda qadınların həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi xalqımızın uğurlu, xoşbəxt sabahına, firavanlığına ən ciddi təminatlardan biridir.      

Tədbirdə çıxış edənlər öz növbəsində qadınları əlamətdar gün münasibətilə təbrik edərək Azərbaycan qadınının fəal rolundan, onların ictimai-siyasi həyatda əldə etdiyi nailiyyətlərdən bəhs ediblər.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadın Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edilib. Həmçinin əlamətdar gün münasibətilə Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə səhər saatlarında Komunnal Müəssisələri Kombinatında çalışan qadın işçilərin bayramı təbrik edilmiş və onlara gül dəstələri təqdim olunmuşdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər