Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda 8 noyabr – Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

04 noyabr 2026 | 18:27

8 noyabr – Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

Aksiyada Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparatın məsul əməkdaşları, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, ərazi nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.

Aksiya çərçivəsində Cəlilabad şəhəri "Nar Bağı" ailəvi-uşaq parkının ərazisində 150 ədəd zeytun və nar ağacı əkilərək suvarma işləri aparılıb. Yaşıllıqların qorunması məqsədilə ərazidə müvafiq tədbirlər həyata keçirilib, əkilən ağaclara isə aqrotexniki qaydada qulluq göstərilib.

Keçidlər