Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

05 noyabr 2025 | 17:08

8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

Aksiyada Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparatın məsul əməkdaşları, hüquq-mühafizə orqanları, ərazi nümayəndələri, bələdiyyələr, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Aksiya çərçivəsində Cəlilabad şəhəri Qurtuluş küçəsində 300-dən artıq müxtəlif növ ağac əkilib və suvarma işləri aparılıb. Yaşıllıqların qorunması məqsədilə ərazidə müvafiq tədbirlər həyata keçirilib, əkilən ağaclara isə aqrotexniki qaydada qulluq göstərilib.

Keçidlər