Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda abadlıq-quruculuq işləri geniş vüsət alıb

26 aprel 2022 | 14:59

Cəlilabad rayonunda abadlaşdırma və yaşıllaşdırma tədbirləri sürətlə davam etdirilir. Görülən işlər çərçivəsində Cəlilabad şəhərində yerləşən Şəhidlər xiyabanı yenidən qurulur, Heydər Əliyev Seyrəngahında, Heydər Əliyev adına parkda və Xatirə parkında yaşıllaşdırma işləri həyata keçirilir, Göytəpə şəhərində küçələrə və Komanlı-Bəcirəvan avtomobil yoluna asfalt örtüyü vurulur.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rayonda ərazisində həyata keçirilən yenidənqurma və abadlıq işlərinə baxış keçirib, aparılan işlərin keyfiyyəti ilə maraqlanıb. RİH başçısı görülən işlərlə əlaqədar tikinti işçiləri ilə müzakirələr apararaq işlərin keyfiyyətlə görülməsi barədə müvafiq tapşırıq və tövsiyələr verib.

Rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər