Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda abadlıq-yenidənqurma işləri çərçivəsində tədbirlər davam etdirilir

08 oktyabr 2025 | 16:17

Cəlilabad şəhərində sakinlərin rahatlığını təmin etmək məqsədilə yenidənqurma işləri davam etdirilir, şəhərdaxili küçələrə mərhələli şəkildə asfalt örtüyü döşənir.

Bugün şəhid Vüqar Mürsəlov adına küçənin 450 metr və Səməd Vurğun küçəsinin 495 metr hissəsində asfaltlanma işləri aparılmışdır. Həmçinin şəhid İlqar Zeynalov adına küçənin 290 metr hissəsində qrunt sularının ötürülməsi üçün kanalizasiya xəttinin tikintisi işləri həyata keçirilir.

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Qalib Xudaverdiyev görülən işlərə baxış keçirmiş, işlərin keyfiyyətli və normalara uyğun aparılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər