Cəlilabadda ahıl şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə müvafiq tədbirlər keçirilmişdir
21 iyun 2024 | 16:44
Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramının icrası ilə bağlı tədbirlər planının 8.4.7-cı tapşırığı ilə əlaqədar qeyd edirik ki, Ahıl şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad rayonunda Ahıllar günü qeyd edilmişdir. Ahıl şəxslərin vaxtının səmərəli keçirilməsi üçün tədbirlər hazırlanmış və ahıl şəxslərin həmin tədbirlərdə iştirakı təmin edilmişdir.