Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda ali təhsil müəssisələrinə qəbul imtahanlarında fərqlənən məzunlar mükafatlandırılıblar

12 sentyabr 2023 | 19:01

Sentyabrın 12-də Cəlilabad Rayon İcra Hakimiyyətinin inzibati binasında 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş Cəlilabad rayonundan olan gənclərlə görüş keçirilib. Görüşdə aparatın məsul işçiləri, rayon təhsil sektorunun müdiri, tələbə adını qazanmış və respublika fənn olimpiyadasında fərqlənmiş gənclər iştirak ediblər.           

Görüşdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tələbə adını qazanan məzunları təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.

Ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışan icra başçısı, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində Cəlilabad rayonunda da ardıcıl işlərin görüldüyünü vurğulayıb.

Görüş iştirakçıları respublikamızda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda tələbə adını qazanan və respublika fənn olimpiyadasında fərqlənmiş gənclər Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tərəfindən mükafatlandırılıblar.

Keçidlər