Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda arpa biçininə başlanılıb

02 iyun 2022 | 19:13

Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb edir. Taxılçılıq əhalinin çörək və un məmulatına tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Odur ki, taxılçılığın inkişafı daim dövlətimizin diqqət mərkəzindədir. Məhz bu məqsədlə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə taxılçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Ölkə rəhbərinin qayğısı sayəsində bu sahənin inkişafı ilə bağlı dövlət tərəfindən torpaq mülkiyyətçilərinə verilən əlavə subsidiyalar, aparılan tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə qatılması ölkədə taxılçılığın ilbəil genişlənməsi istiqamətində atılan uğurlu addımlardır.

Cəlilabad rayonunun malik olduğu aqrar potensial bölgədə qida emalı müəssisələrinin yaradılmasını, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasına əsaslı dəlillər yaradır. Məhz bu məqsədlə bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, başçının birinci müavini Qalib Xudaverdiyev və Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimovla birlikdə taxıl sahələrində aparılan məhsul yığımı ilə yaxından tanış olub.

Rafiq Cəlilov təsərrüfat subyektləri ilə görüşərkən, onların problemləri ilə maraqlanmış və taxılçılıq sahəsinin inkişafı ilə bağlı dövlət tərəfindən həyata keçirilən dəstək proqramlarından bəhs etmişdir. Rayon rəhbəri hazırda həyata keçirilən taxıl biçini prosesində məhsulun itkisiz toplanması üçün kombaynların son vəziyyəti ilə maraqlanıb və biçinin vaxtında başa çatması məqsədilə taxıl sahələrinə əlavə kombaynların cəlb edilməsi ilə bağlı tapşırıqlar verib.

Keçidlər