Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda Beynəlxalq Ailə Günü ilə bağlı “Ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəsillərə aşılanması” mövzusunda maarifləndirici tədbir keçirilib

17 may 2024 | 18:05

Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Cəlilabad Tibb Kollecində Beynəlxalq Ailə Günü ilə bağlı “Ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəsillərə aşılanması” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova, Azərbaycan Yazıçılar birliyinin üzvləri Ruhiyyə Abbaszadə və Meyxoş Abdulla, Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman və kollec tələbələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər, ailə dəyərlərinin vacibliyi, erkən nikah və qohum nikahlarının fəsadları, ölkəmizdə bu istiqamətdə görülən işlər barədə məlumat veriblər. Həmçinin Azərbaycan Respublikasında qəbul olunmuş normativ-hüquqi aktların erkən nikah hallarının yaranmasına yol vermədiyi qeyd edilərək, müvafiq qanunvericilikdə nəzərdə tutulan cərimə və cəza tədbirləri haqqında ətraflı məlumat vermişlər.

Daha sonra Uzuntəpə kənd sakinləri, 68 il birgə ailə həyatı sürmüş Əlişov Barat Ziyad oğlu və Əlişova Sumara Cavad qızı rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən ziyarət olunmuş və onlara hədiyyələr təqdim edilmişdir.

Keçidlər