Cəlilabadda Beynəlxalq Boks Günü münasibəti ilə tədbir keçirilib
27 avqust 2025 | 11:55
Avqustun 27-də Cəlilabad şəhərində yerləşən boks idman zalında Cəlilabad Rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub. Sonra Ümummilli Lider Heydər Əliyev və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qonaqlar çıxış edərək Beynəlxalq Boks Gününün yaranma tarixi, bu günün əhəmiyyəti və idmana göstərilən diqqət və qayğı haqqında geniş məlumat veriblər. Tədbirin sonunda boks idman növündə fərqlənən idmançılara Lənkəran -Astara Regional Gənclər və İdman İdarəsinin təşəkkürnamələri təqdim olunub.






