Cəlilabadda cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin məşğulluğunun təmin olunması istiqamətində tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2025-ci il tarixli 637 nömrəli Sərəncamının icrası ilə əlaqədar cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin sosial adaptasiyasının və məşğulluğunun təmin olunması, onların əmək bazarına inteqrasiyasının dəstəklənməsi istiqamətində tədbir keçirilib.
Tədbir çərçivəsində cəzaçəkmə müəssisəsindən azad edilmiş və işlə təmin olunan şəxslərdən biri ilə Cəlilabad Kommunal Müəssisələri Kombinatında iş yerində görüş keçirilib.
Görüş zamanı həmin şəxsin işlə təmin olunması, əmək fəaliyyətinə uyğunlaşması və iş şəraiti ilə bağlı fikir və təcrübəsi dinlənilib. Bildirilib ki, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin məşğulluğunun təmin olunması onların cəmiyyətə yenidən inteqrasiyası, sosial rifahının yaxşılaşdırılması və gələcəkdə davamlı əmək fəaliyyətinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Görüş zamanı həmçinin cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işə qəbulunda müsbət təcrübələrin təşviq edilməsinin, onların əmək bazarına çıxış imkanlarının genişləndirilməsinin və işəgötürənlərin bu istiqamətdə fəal iştirakının vacibliyi vurğulanıb.
Bu istiqamətdə işəgötürənlərlə əməkdaşlığın davam etdirilməsi və cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin məşğulluğunun artırılması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.






