Cəlilabadda COP29 hazırlıq çərçivəsində və sessiyanın keçirildiyi günlərdə aidiyyəti məsələlərin təmin olunması ilə bağlı yaradılmış qərargahın iclası keçirilib
İclasda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq mühafizə orqanlarının, aidiyyəti idarə müəssisə və təşkilatların rəhbərləri iştirak etmişdir.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov bildirdi ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi Prezident cənab İlham Əliyevin növbəti böyük uğurudur.
Rayon rəhbəri COP29 keçiriləcək günlərdə Cəlilabad rayonu ərazisində bütün həyati vacib sahələrin, o cümlədən elektrik, qaz, su, yol infrastrukturunun, mühəndis-kommunikasiya sistemlərinin, habelə tibb müəssisələrinin və digər qurumların ciddi əlaqələndirilmiş şəkildə dayanıqlı, fasiləsiz fəaliyyətinin təmin edilməsi və müvafiq ərazilərin sanitar təmizliyinin daim diqqətdə saxlanılması və zəruri tədbirlər görülməsi məqsədilə qərargah yaradıldığını, qərargahın fəaliyyətinin operativliyini təmin etmək məqsədilə qaynar xətt xidməti (245-33-61) və fasiləsiz növbətçilik sistemi təşkil edildiyini bildirmişdir.
Həmçinin qərargah üzvləri tərəfindən görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə mütəmadi olaraq məlumatların qərargaha verilməsinin təmin edilməsi və COP29-un respublikamızda keçiriləcəyi günlərdə diqqətə çatdırılan məsələlərin ciddi nəzarətdə saxlanılması barədə tapşırıq və tövsiyələrini vermişdir.