Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə müşavirə keçirilmişdir

24 may 2023 | 15:22

Müşavirədə rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, başçının müavini Nazim Şükürov, Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin rəisi Samir Kərimov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər  Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Şakir Quliyev, Masallı Regional Meşəçilik Mərkəzinin direktoru Nəsimi Nəsibov, Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorunun müavini Rizvan Məmmədhəsnov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Lənkəran Regional Koordinatorluğu Cəlilabad KOB dostu Sabir Mirzəyev, kənd(şəhər) inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədrləri, məktəb direktorları, Cəlilabad və Göytəpə şəhər kommunal müəssisələr kombinatının direktorları, mexanizatorlar və sahibkarlar iştirak etmişdir.

Müşavirəni giriş sözü ilə açan başçının birinci müavini Qalib Xudaverdiyev  2023-cü ildə rayon ərazisində dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyinin yerli qurumları, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti”in əlaqələndirilməsinin vacibliyini bildirərək qurumların rəhbərlərinə bu sahədə daha da diqqətli olmağa çağıraraq tapşırıqlarını vermişdir.  

Başçının müavini Nazim Şükürov öz çıxışında bildirmişdir ki, kənd təsərrüfatı məhsullarının oddan qorunması tək yanğından mühafizə orqanları əməkdaşlarının işi deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatında çalışan bütün əməkçilərin, təsərrüfat başçılarının, traktorçuların, kombaynçıların, mexanizatorların, mexaniklərin, sürücülərin və s. vəzifəsi olmalıdır. Nazim Şükürov xüsusi olaraq qeyd edərək bildirmişdir ki, mülkiyyət formasından asılı olmayaraq hər bir təsərrüfat rəhbəri tabeliyində olan obyektlərin yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıyır.

Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin rəisi Samir Kərimov bildirmişdir ki, taxıl xırmanları bina və tikintilərdən 50 metr, taxıl zəmilərindən 100 metr aralıda yerləşdirilməli, xırmanların sahələri bitki örtüyündən (otdan) mütləq təmizlənməli, ətrafının 4 metr enində şumlanmalıdır.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər  Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Şakir Quliyev müşavirə iştirakçılarına xatırlatma olaraq bildirdi ki, kənd təsərrüfatı məhsullarının, xüsusən də taxılın oddan qorunması hamının şərəf işi olmalıdır. Şakir Quliyev əkin sahələri ilə bərabər meşələrimizin də yanğından qorunmasının vacibliyini vurğulayaraq inzibati ərazi dairəsi üzrə nüamyəndələrə, Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin bu işdə də diqqətli olmalı olduqlarını və hadisələrə operativ cavab verilməsində birgə fəaliyyət göstərmələrini tövsiyə etmişdir.

Müşavirənin sonunda mövzu ilə bağlı interaktiv müzakirələr aparılıb, suallar cavablandırılıb.

Keçidlər