Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda dövlət-biznes dialoqu inkişaf etdirilir

28 aprel 2026 | 14:35

Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və iştirakı ilə rayonda fəaliyyət göstərən sahibkar və investorlarla mütəmadi görüşlər keçirilir, onların qarşılaşdıqları problem və çətinliklər, eləcə də yeni investisiya layihələri ilə bağlı təklifləri müzakirə olunur.

Görüşlər zamanı investorların müraciətləri dinlənilir, investisiya layihələrinin həyata keçirilməsi prosesində yaranan məsələlərin həlli istiqamətində fikir mübadiləsi aparılır və aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi təmin edilir.

Dövlət-biznes münasibətlərinin daha da möhkəmləndirilməsi, sahibkarların fəaliyyətinə əlverişli şəraitin yaradılması, investisiya təşəbbüslərinin dəstəklənməsi və mövcud problemlərin operativ həlli diqqət mərkəzində saxlanılır.

Keçidlər