Cəlilabadda əhali arasında sosial işin təşkili və sosial xidmətlərlə təmin edilməsində ünvanlığın artırılması məqsədilə mövcud sosial xidmətlər haqqında maarifləndirmə tədbirləri aparılmışdır
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 avqust 2023-cü il tarixli 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın 8.4.3 (Əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlığın artırılması məqsədi ilə mövcud sosial xidmətlər haqqında əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi) bəndinin icrası ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əhali arasında sosial işin təşkili və sosial xidmətlərlə təmin edilməsində ünvanlığın artırılması məqsədilə mövcud sosial xidmətlər haqqında maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Keçirilmiş tədbirlər çərçivəsində Cəlilabad Rayon İcra Hakimiyyəti əməkdaşları əhalinin sıx olduğu yerlərdə, idarə müəssisə və təşkilatlarda, sakinlərin kompakt yaşadıqları ərazilərdə olmuş, onlarla maarifləndirici söhbətlər aparmışdır.