Cəlilabadda əhalinin yaş kateqoriyaları, sosial-iqtisadi və gender amillərinə uyğun olaraq, sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirilmə və məlumatlandırılma məqsədi ilə manitorinq aparılmışdır
12 yanvar 2024 | 17:39
Azərbaycan Respubikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.3.7.4 bəndinin icrası ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əhalinin yaş kateqoriyaları, sosial-iqtisadi və gender amillərinə uyğun olaraq, sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirilmə görüşləri keçirilmişdir. Görüşlər zamanı Cəlilabad Rayon İcra Hakimiyyəti əməkdaşları, Cəlilabad şəhər sakinlərinin xüsusilə, sıx olduğu yerlərdə müvafiq söhbətlər aparılmış, sağlam həyat tərzinə dair maarifləndirici bukletlər paylanılmışdır.