Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda əmək münasibətlərinin tənzimlənməsi və ünvanlı sosial yardımla əlaqədar müşavirə keçirilmişdir

27 fevral 2023 | 19:19

27 fevral 2023-cü il tarixdə Cəlilabad rayonunda əmək münasibətlərinin tənzimlənməsi və ünvanlı sosial yardımla əlaqədar  müşavirə keçirilmişdir. Müşavirədə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının müavini Nazim Şükürov, aparat əməkdaşları, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini Tural Abdulzadə, DSMF-nın 2 saylı Lənkəran-Astara Regional Filialının Cəlilabad rayon qəbul şöbəsinin müdiri Nahid Rüstəmov, Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Filialının Cəlilabad rayon şöbəsinin müdiri Sadiq Abbasov, Cəlilabad Rayon Statistika idarəsinin müdiri Arif Nəcəfov, rayon icra hakimiyyəti başçısının şəhər və kənd inzibati  ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri və sahibkarlar iştirak etmişdir.

Müşavirəni giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının müavini Nazim Şükürov ölkədə əmək bazarının mövcud vəziyyətini, o cümlədən qanunvericiliyi təhlil edərək, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla inzibatçılığın, habelə bu sahənin təkmilləşdirilməsi, əmək münasibətlərinin rəsmiləşdirilməsi və işçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən nəzarət tədbirlərinin əlaqələndirilməsini, müəyyən olunmuş istiqamətlər nəzərə alınmaqla, qeyri-rəsmi əmək münasibətlərinin aşkar edilməsi, rəsmiləşdirilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsinin vacibliyini bildirmişdir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini Tural Abdulzadə çıxışında bu sahədə müsbət nəticələrin əldə olunması xüsusən kiçik və orta sahibkarlığın inkişafı üçün yeni imkanlar yaradır. Kölgə iqtisadiyyatının həcminin azaldılması sahibkarlığın inkişafı, vətəndaşların məşğulluğunun təmin edilməsi, eyni zamanda sağlam rəqabətin gücləndirilməsi hesabına istehlak bazarında qiymətlərin optimallaşdırılması baxımından çox vacibliyini bildirmişdir. O, kölgə iqtisadiyyatına qarşı aparılan mübarizənin təkcə sahibkarlara deyil, bütün vətəndaşlara faydalılığını bildirmişdir.

DSMF-nın 2 saylı Lənkəran-Astara Regional Filialının Cəlilabad rayon qəbul şöbəsinin müdiri Nahid Rüstəmov “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın əsasən rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri tərəfindən vətəndaşlara sosial yardıma müraciət etmələri üçün verilən arayışların hazırlanma qaydaları barədə məlumat vermişdir.

Müşavirənin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış və ümumi müzakirələr aparılmışdır.

 

 

Keçidlər