Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda əmək yarmarkası keçirilib

23 fevral 2023 | 17:58

Fevralın 23-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Məşğulluq Filialı tərəfindən Cəlilabadda əmək yarmarkası keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin məsul şəxsləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Heydər Əliyev Mərkəzində təşkil olunan əmək yarmarkasında işaxtaranlara ümumilikdə 17 idarə, müəssisə və təşkilatlardan 300 vakant iş yeri təklif olunub.

Yarmarkada, həmçinin işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə məlumat verilib. İş üçün müraciət edən şəxslərin CV-ləri qəbul edilib, özünüməşğulluq proqramından yararlanmaq istəyən vətəndaşların qeydiyyatı aparılıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər