Cəlilabadda əmək yarmarkası keçirilmişdir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Lənkəran -Astara Regional Məşğulluq filialı tərəfindən Cəlilabad şəhərində region üzrə cari ilin ilk əmək yarmarkası keçirilib. Yarmarkada Cəlilabad Rayon İcra Hakimiyyətinin, Lənkəran-Aatara Regional Məşğulluq filialının əməkdaşları, dövlət və özəl sektor nümayəndələri və digər şəxslər iştirak etmişdir.
Cəlilabad şəhər 3 saylı tam orta məktəbin inzibati binasında təşkil olunan əmək yarmarkasında Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən 13 idarə, müəssisə, təşkilat və fərdi sahibkar iştirak edib. Yarmarkaya qatılan 62 işsiz və işaxtaran şəxslər işəgötürənlər tərəfindən təqdim edilən 70 dən çox vakansiya ilə tanış olmaq imkanı əldə ediblər. Vakansiyalara müraciət edən şəxslərin anket məlumatları (CV forması) qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.
Yarmarkada işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq istiqamətləri barədə məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib.