Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda "Əsgərə məktub" layihəsi çərçivəsində tədbir keçirilmişdir

18 oktyabr 2023 | 15:51

Cəlilabad Rayon İcra Hakimiyyəti və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Seyrəngahında təşkil olunan tədbirdə şəhid ailələrinin üzvləri, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri, cəlilabadlı gənc və yeniyetmələr iştirak etmişlər.  

İştirakçılar Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə ürəklərindən keçən ən xoş arzularını ünvanlamış, xalqımıza qələbə sevincini yaşatdıqlarına görə sonsuz minnətdarlıqlarını çatdırmışlar.

Keçidlər