Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda fermerlərlə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də biçilmiş ərazilərdə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi mövzusunda maarifləndirici səyyar görüş keçirilmişdir

16 iyun 2023 | 17:11

Görüşdə rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, rayon polis şöbəsinin əməkdaşları, rayon yanğından mühafizə xidmətinin əməkdaşları, taxılçılıqla məşğul olan ərazilərin inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyələr, DAİM-in əməkdaşları və fermerlər iştirak etmişdir.

Fermerlərə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də biçindən sonra biçilmiş ərazilərdə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi və bu istiqamətdə qabaqlayıcı profilaktik tədbirlərin aparılması və səmərəliyin daha da artırılması məqsədi ilə maarifləndirmə işləri həyata keçirilmişdir. Fermerlərlə interaktiv müzakirələr aparılmış, izahatlar verilmişdir.

Keçidlər