Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda fermerlərlə kartof ixracında yaranmış problemlərlə bağlı görüş keçirilmişdir

03 may 2023 | 19:15

İclasda başçının müavini Nazim Şükürov, Aparatın əməkdaşları, Azərbaycan Dəmir Yollarar QSC-nin Cəlilabad stansiyasının rəisi Rəşad Rzayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Lənkəran Regional Kordinatorluğu (kordinator) Sabir Mirzəyev, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 6 saylı Regional bölməsinin müdiri Nurlan Məmmədov, Rayon Suvarma Sistemləri idarəsinin rəisi Xanlar Mirzəyev, Muğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rövşən Həsənov, Bələdiyyə sədri Vasif Həsənov və fermerlər iştirak etmişdir.

Görüşdə müzakirələr aparılaraq sağlam rəqabət mühitinə müdaxilə edən və süni əngəllər yaradaraq fermerləri maliyyə itkisinə məruz qoyan şəxslərə qarşı qanunamüvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müraciət olunması barədə qərar qəbul olunub.

Fermerlərə bildirildi ki, onlar hər zaman dövlət qayğısı ilə əhatə ediləcəklər.

Keçidlər