Cəlilabadda Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı qeyd edildi
Dekabr ayının 16-sı Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü münasibətilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Şahin Cəfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri və Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tədbir iştirakçılarını peşə bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.
Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Burada onlar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendlərlə tanış olmuşlar.