Cəlilabadda geniş abadlıq-quruculuq işləri aparılır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Cəlilabad rayonunda abadlıq və quruculuq işləri geniş vüsət alıb.
Abadlıq-quruculuq işləri çərçivəsində şəhərdaxili yollarda asfaltlaşma işlərinə aparılır, yol kənarı yaşıllıq zolaqları salınır, piyadaların rahat hərəkətinin təmin olunması məqsədilə səkilər yenidən qurulur və yol kənarlarına müasir işıqlandırma sistemləri quraşdırılır. Həmçinin şəhər ərazisində insanların arzu və istəkləri nəzərə alınaraq mövcud parklar da abadlaşdırılır.
Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Heydər Əliyev parkında yerləşən rəngli fəvvarənin təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak etmiş, fəvvarədə aparılan təmir işləri ilə tanış olmuşdur.