Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda “Hərbiləşdirilməmiş ərazi dəstəsi ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqləri” keçirilmişdir

25 avqust 2023 | 14:47

Məşqə Regional Mərkəzin aidiyyatı üzrə struktur bölmələri, rayon icra hakimiyyətinin mülki müdafiə qərargahı, müvafiq idarə və təşkilatlarda yaradılmış ərazi mülki müdafiə qüvvələrinin, ictimai asayişin mühafizəsi xidmətinin, yanğın təhlükəsizliyi xidmətinin, tibb xidmətinin, rabitə və xəbərdarlıq xidmətinin, elektrik qəza xidmətinin, qaz qəza xidmətinin, su-kanal sahəsinin, heyvan sağlamlığı və baytarlıq xidmətlərinin və digər xidmətlərin şəxsi heyəti və texnikaları cəlb olunmuşdur.

Məşq zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılmış, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilmişdir.

Cəlb olunan şəxsi heyət qarşısında çıxış edən RİH Başçısının birinci müavini Qalib Xudaverdiyev və Cənub Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəisi, polkovnik Araz Hüseynov məruzələrində bildirmişlər ki, ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqinin keçirilməsi əhalinin mülki müdafiə hazırlığının yüksək səviyyədə olmasına təminat verir.
Məşqin keçirilməsində əsas məqsəd hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir – rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanmasıdır.

Sonda məşqin təhlili aparılaraq yaranan çatışmazlıqlar diqqətə çatdırılmış, müvafiq tapşırıq və tövsiyələr verilmişdir.

Keçidlər